SON XƏBƏRLƏR

Talat: “İngiltərə yunanları müdafiə edir”

2021.10.20, 07:36
Talat: “İngiltərə yunanları müdafiə edir”

Gunaz.tv
Talat: “İngiltərə yunanları müdafiə edir” 4602.jpg Talat QKTC-nin 1-ci cümhurbaşkanı Rauf Denktaşın adanın birləşdirilməsi ücün hec bir şey etmədiyini söyləyib. Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) Cümhurbaşkanı Mehmet Ali Talat adanın yunan və türk hissələri arasında qarant ölkə vəzifəsini həyata keçirən tək ölkənin Türkiyə olduğunu, İngiltərənin isə kıbrıslı yunanları müdafiə etdiyini söyləyib. Talat Rusiyanın “Qazeta” gəzetinə verdiyi müsahibəsində Kıbrıs problemi ilə bağlı son vəziyyətə və adanın turk əhalisinin buna münasibətinə geniş şəkildə aydınlıq gətirib. Talat QKTC-nin 1-ci cümhurbaşkanı Rauf Denktaşın adanın birləşdirilməsi ücün hec bir şey etmədiyini söyləyib. Özünün bununla bağlı nələr etdiyi barədə suala isə Talat: “Oncəki cümhurbaşkanı Kıbrısın birləşdirilməsinə qarşı idi. Mən isə birləşdirilmə tərəfdarıyam”,-deyib. Talat: “Yunan tərəfinin adanı yenidən ələ keçirmək niyyəti nümayiş etdirə biləcəyindən narahatıq. Onların belə bir niyyətə düşməyəcəyinə ümid edirəm. Qarşı tərəf bu məsələdə səmimi olsa, adanın birləşməsi həm iqtisadi, həm siyasi, həm də hərbi yöndən tərəflərin qarşılıqlı maraqlarına cavab verəcək”,- deyib. Adada tarixi addım: Liderler 3 sentyabrda görüşəcəklər Bu arada isə QKTC cümhurbaşkanı Mehmet Ali Talat ilə Kıbrısın yunan icmasının lideri Dimitris Hristofyas iki saat yarım davam edən danışıqlardan sonra adanın birləşdirilməsi ilə bağlı müzakirələrə 3 sentyabrda başlamağı qərara alıblar. Bununla bağlı tərəflər arasında gedən danışıqlarda BMT-nin xüsusi nümayəndəsi Taye-Brook Zerihoun, adanın yunan rəhbərliyini təmsil edən komissar Yorgos Yakovu və Talatin BMT və AB ilə müzakirələr üzrə məsul nümayəndəsi Özdil Nami iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar