SON XƏBƏRLƏR

Bağdadda şiə mərasimi partladıldı

2021.10.20, 07:36
Bağdadda şiə mərasimi partladıldı

Gunaz.tv
Bağdadda şiə mərasimi partladıldı bagdad-part-shie.jpg Bağdadın mərkəzində həyata keçirilən üç partlayış nəticəsində ən azı 24 nəfər ölüb, daha 70 nəfər isə yaralanıb. Lent.az-ın «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, üç terrorçu kamikadze qadın əl-Qədimiyyə məscidindəki şiə mərasimi zamanı özlərini partladıblar. Bağdad polisi bildirir ki, terrorçu kamikadzelərin belində “şəhid kəməri” olub. İlkin məlumata görə, aksiyanı “əl-Qaidə İraqda” terror təşkilatı planlaşdıraraq həyata keçirib. Polis əməkdaşları bildiriblər ki, iyulun 29-da əl-Qədimiyyə məscidinə milyona yaxın şiə zəvvarının gəlməsi gözlənilir. Yeni terror aktlarının həyata keçirilməsi ehtimalı böyük olduğundan Bağdadda təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib. Artıq yol kənarana yerləşdirilən bombanın zərərsizləşdirildiyi bildirilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar