SON XƏBƏRLƏR

Türklər PKK hədəflərinə zərbələr endirib

2021.10.20, 07:36
Türklər PKK hədəflərinə zərbələr endirib

Gunaz.tv
Türklər PKK hədəflərinə zərbələr endirib Türk ordusu İraqıln şimalında 12 militant Kürd hədəflərini bombardman etdiyini xəbər verir. Reyd Qəndil regionunda yerləşən PKK qərargahını hədəf alıb. Hazırda hərbçilər qiyamçıların verdiyi təlafatın həcmini müəyyən etməyə çalışırlar. Türkiyə bu il həm Türkiyədə həm də şimali İraqda minlərlə PKK qiyamçısına həmlələr endirib. PKK 1984-cü ildən bəri Türkiyənin cənub şərqində müstəqillik uğrunda mübarizə aparır. Cərəyan edən zorakılıqlarda 30 mindən çox insan həlak olub. --------------------------------------------------------------------- «Azadlıq» radiosu yeni veb səhifəyə keçir İyulun 28-dən «Azadlıq» radiosu yeni veb səhifəyə keçir. Səhifənin ünvanları əvvəlki kimi www.azadliq.org və www.azadliqradiosu.az olaraq qalır. Yeni sistem xəbər və məqalələrin oxuculara daha nizamlı şəkildə çatdırılmasını təmin edəcək. Səhifənin multimedia, oxucularla birbaşa əlaqə və arxivləşdirmə imkanları da genişlənəcək. Əvvəlki kimi internet səhifəsi vasitəsilə həm canlı efiri, həm də ayrı-ayrı verilişlərin audiosunu dinləmək olacaq. «Pancea» adlanan yeni sistemə keçidin əsas səbəblərindən biri sürətsiz – dial-up - internet xəttlərindən səhifəyə çıxan istifadəçilərin işini yüngülləşdirməkdir. Xatırladaq ki, Azərbaycanda internet istifadəçilərinin təqribən 70 faizi hələ də dial-up xətlərindən yararlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar