SON XƏBƏRLƏR

Makkeyn Rusiyanı “tərbiyə etməyə” söz verdi

2021.10.20, 07:36
Makkeyn Rusiyanı “tərbiyə etməyə” söz verdi

Gunaz.tv
Makkeyn Rusiyanı “tərbiyə etməyə” söz verdi makkeyn-rusiya-agillandirma.jpg ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Con Makkeyn Rusiyanın “davranışını dəyişmək lazım olduğunu” bəyan edib. Lent.az-ın “ABC” telekanalına istinadən verdiyi məlumata görə, Makkeyn müsahibəsində Moskvanın davranışının bütün dünyaya ziyan vurduğunu və prezident seçkilərində qalib gəldiyi təqdirdə bu məsələ ilə məşğul olacağını bildirib. Prezidentliyə namizəd qeyd edib ki, Rusiya Vladimir Putinin prezidentliyi dövründə avtoritar dövlətə çevrilib və hazırda Putin baş nazir postunda əyləşsə də, ölkənin əsas siyasi fiqurudur: “Putin hakimiyyəti dövründə Rusiyanı çox təhlükəli yola yönəldib”. Respublikaçı namizəd Moskvanı dünyadakı vəziyyəti gərginləşdirməkdə suçlayıb: “Son həftələr və ya bundan bir müddət öncə Rusiyanın fəaliyyətinə fikir verin. Onlar Çexiyanın bizimlə razılaşma imzaladığına görə onlara neft ixracatını azaldıblar. Onlar “bp”ni Rusiyadan qovublar. Onlar İranla bağlı BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə mane olurlar”. Con Makkeyn Vladimir Putinin siyasətini ən kəskin tənqid edənlərdən biridir. Prezidentliyə namizəd dəfələrlə Rusiyanın “Böyük səkkizlik” ölkələri sırasından çıxarılmasını təklif edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar