SON XƏBƏRLƏR

İsraildə zirehli traktor düzəldiblər

2021.10.20, 07:36
İsraildə zirehli traktor düzəldiblər

Gunaz.tv
İsraildə zirehli traktor düzəldiblər 20080728133501_1.jpg «Yeni Şərq»in Newsru.com saytına istinadən yaydığı məlumata əsasən, «Mifram» İsrail şirkəti tez-tez terror aktları və atışmalar baş verən rayonlarda yaşayan fermerlər üçün istehsal etdiyi zirehli traktoru təqdim edib. Amma layihəçilər xəbərdarlıq ediblər ki, yaxın məsafədən açılan atəşə qarşı hətta zireh də faydasızdır. Zireh yalnız yüngül silahlardan və mina qəlpələrindən qorumağa qadirdir. Amma təcrübə hətta bunun da kifayət etməsini göstərir. Bu məlumatı şərh edən «Yeni Şərq» EAM-nın direktoru Elşən Mustafayev bildirib ki, qan tökülməsinin qarşısını almaq üçün İsrail zirehli maşınlar istehsal etmək əvəzinə, Fələstinə qarşı yürütdüyü işğalçı siyasətinə son qoymalıdır: «Nə qədər ki, milyonlarla fələstinlinin torpaqları işğal altındadır, onlar müqaviməti davam etdirəcəklər. Burda heç bir zirehli texnika, o cümlədən yenicə istehsal edilən traktor da, işə yaramayacaq». Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar