SON XƏBƏRLƏR

İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir

2021.10.20, 07:36
İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir

Gunaz.tv
İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir 20080728123832_1.jpg İran BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Xarici işlər naziri Mənuçöhr Möttəki İranın Asiyanı təmsil etmək istəyini dəstəkləməyə çağırıb. Hazırda Asiyanı BMT Təhlükəsizlik Şurasında İndoneziya təmsil edir. İran isə 2010-2012-ci illərdə Təhlükəsizlik Şurasının üzvü olmağa can atır. Lakin ekspertlər Asiyanın təmsilçisi kimi Yaponiyanın şansının daha böyük olduğunu bildirirlər. Möttəkinin fikrincə, İranın Təhlükəsizlik Şurasına üzvü olması təşkilatın işinin effektivliyini artıra bilər. Lakin müşahidəçilər qeyd edirlər ki, Liviyanın 2008-ci il yanvarında BMT Təhlükəsizlik Şurasına üzv olmasından sonra təşkilatın fəaliyyəiti çətinləşib. İranın təşkilata üzv olması isə vəziyyəti bir qədər də gərginləşdirə bilər. lent.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar