SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına_məktub

2021.10.20, 07:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına_məktub

Gunaz.tv
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Cənab Prezident. Məlumunuz olduğu kimi, bu yaxınlarda sabiq serb lideri Radovan Karaciç də Beynəlxalq Tribunala təslim ediləcək. Bu xəbəri serb millətçiləri hiddətlə, Bosniya müsəlmanları sevinclə, mən isə qısqanclıq hissi ilə qarşılamışam. Belə ki gözümü açandan, xalqıma qarşı haqsızlıqların edildiyini, xalqımın dəfələrlə genosidlərə məruz qaldığını gördüyüm halda, bir dəfə də olsun bu işləri edənlərin ədalət məhkəməsi qarşısında durduğunu görmədim! Məsələn, 1988-ci ildə Ermənistan SSR rəhbərliyi, onların ərazisində yaşayan Azərbaycanlıların qovulması barədə qərar çıxartdı. Qeyri-müharibə şəraitində, 250 mindən artıq həmmillətimiz Ermənistandan qovuldu, minlərlə adam təcavüzə məruz qaldı, işgəncə ilə öldürüldü... Cənab Prezident. Siz həm prezidentsiniz, həm də prezidentliyə ən əsas namizəd. Azərbaycan Respublikasının bir vətəndaşı, bir seçici kimi təkid və bir KİV təmsilçisi kimi sual edirəm: Niyə məlum 1988-ci il hadisələrin təşkilatçıları hələ də azadlıqdadırlar?! Aydın Məmmədov, 27 iyul 2008-ci il. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar