SON XƏBƏRLƏR

Ermənistan və Türkiyə jurnalistləri futbol oynayacaqlar

2021.10.20, 07:36
Ermənistan və Türkiyə jurnalistləri futbol oynayacaqlar

Gunaz.tv
Ermənistan və Türkiyə jurnalistləri futbol oynayacaqlar 20080728112601_1.jpg “Yeni Şərq”in “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Ermənistan və Türkiyənin jurnalist, fotoqraf, musiqiçi və ictimai xadimlərindən ibarət futbol komandalarının yoldaşlıq görüşü avqustun 9-da Qarsda (Türkiyə), avqustun 14-də isə Gümrüdə (Ermənistan) keçiriləcək. Oyunların təşkilatçısı «Asparez» Gümrü jurnalist klubudur. Layihəni ABŞ səfirliyi maliyyələşdirir. Məqsəd iki ölkənin vətəndaş cəmiyyətləri arasında ictimai əlaqələrin inkişaf etdirilməsidir. Proqrama həmçinin, dəyirmi masalar və şəhərlərin tarixi mərkəzlərinə, o cümlədən, Ani şəhərinə ziyarət də daxildir. Analitiklər bu proqramı Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin qurulması və tərəflərin yaxınlaşması istiqamətində son aylar həyata keçirilən böyük layihənin tərkib hissəsi kimi qiymətləndirirlər. Artıq Ermənistan vətəndaşlarının Türkiyədə, Türkiyə vətəndaşlarının da Ermənistanda görünmələri adi xarakter alıb ki, bu da rəsmi münasibətlərin yaxınlaşmasında da öz sözünü deyəcək. Xatırladaq ki, Türkiyədə minlərlə Ermənistan vətəndaşı çalışır və bu ölkə son zamanlar erməni turistlərinin ən çox səfər etdikləri ölkələrdən hesab edilir. Yeni Şərq 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar