SON XƏBƏRLƏR

ERMƏNİ MÜXALİFƏTİ OLUM-QALIM MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRƏCƏK

2021.10.20, 07:36
ERMƏNİ MÜXALİFƏTİ OLUM-QALIM MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRƏCƏK

Gunaz.tv
ERMƏNİ MÜXALİFƏTİ OLUM-QALIM MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRƏCƏK ermeni_bayrag.jpg Ermənistanda avqustun 1 müxalifətin keçirəcəyi mitinq Serj Sarkisyanın hakimiyyətinə qarşı yeni fəal müqavimət mərhələsinin başlanğıcı olacaq. Bu barədə müxalifət lideri Levon Ter Petrosyanın katibi Arman Musinyan bəyan edib. O, bildirib ki, Yerevan meriyası aksiyanın keçirməsinə mane olsa da mitinq keçiriləcək. Avqustun birinci günü Ermənistanda havanın hansı vəziyyətdə olmasından asılı olmayaraq müxalifət mitinq keçirəcək. Keçiriləcək mitinq əslində bir daha indiki rejimin gücsüzlüyünü və ona qarşı olan qüvvələrin qətiyyətini beynəlxalq ictimayət qarşısında göstərməyə hesablanıb. Bu aksiya demokratiya və azadlıq uğrunda aparılan mübarizənin mahiyyətini açıqlamalıdır. Əgər iqtidar aksiya iştrakçılarına qarşı güc tətbiq edərsə onda siyasi qabiliyyətinin sıfra bərabər olduğunu göstərəcək. Əslində müxalifət rəsmi Yerevana qarşı hücum taktikasını həyata keçirməklə Sarkisyan hökumətinin adekvat siyasi qərarlar vermə baxımından çox zəif olduğunu ortaya qoyur. Əgər müqavimət hərəkatı itayətsizliyə keçərsə, onda növbədənkənar seçkilərin keçirilməsi reallaşa bilər. Siyasi böhranını dərinləşməsi qətiyyən hakimiyyətə əl vermir. Əgər Sarkisyan komandası qarşı tərəfin əsas tələblərindən birinə əməl etsə onda amansız mübarizədə üstünlük hakimiyyətə iddia edənlərin tərəfinə keçəcək. Müşahidə olunan gərginliyi artıq yüngül texnologiyalarla aradan qaldırmaq olmayacaq. Müxalifətçilərin arxasınca gedən qüvvələr quldur rejimdən azad olmaq şüarını az qala ümummilli çağırışa çeviriblər. Serj Sarkisyan isə getdikcə seyt-not vəziyyətinə düşür. Bu arada Ermənistan müxalifəti keçmiş prezident Robert Koçaryanı Haqqa Tribunalına vermək üçün 100 mindən çox imza toplayıb. Yerli və əcnəbi təhlilçilərin fikrincə vəziyyətin ayrı-ayrı göstəriciləri müxaliftin geniş miqyaslı hücuma keçməsinə işarədir. Bu isə daha çox müharibə vəziyyətində olan ölkə üçün hədsiz dərəcədə təhlükəlidir. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar