SON XƏBƏRLƏR

“Ergenekon”un qurucuları və hədəfləri açıqlandı!

2021.10.20, 07:36
“Ergenekon”un qurucuları və hədəfləri açıqlandı!

Gunaz.tv
“Ergenekon”un qurucuları və hədəfləri açıqlandı! İttihamnamədə Vəli Kiçik Paşaya 423 il həbs cəzası istənilir ergenekon-1.jpg “Ergenekon” gizli təşkilatı ilə bağlı ittihamnamənin tam mətni dərc edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2455 səhifədən ibarət ittihamnamədə təşkilatının qurucuları və hədəfləri açıqlanıb. İttihamnamədə bildirilir ki, “Ergenekon” təşkilatını 7 nəfər – Vəli Kiçik, Müzəffər Təkin, Kamal Aləmdaroğlu, Doğu Perinçək, İlhan Səlçuk, Sevgi Erenerol və Mehmet Fikri Karadağ yaradıblar. Onların hamısı silahlı terror təşkilatı qurmaq və idarə etmək, hökuməti devirmək cəhdi, Türkiyə hökumətinə qarşı üsyana çağırış, qəsdən adam öldürtdürmək və s. cinayətlərlə bağlı ittiham irəli sürülüb. Həmin iddialar əsasında Vəli Kiçiyə 225 ildən 423 ilə, Müzəffər Təkinə 199 ildən 441 ilə, Kamal Aləmdaroğluna 278 ildən 599 ilə, Doğu Perinçəyə 288 ildən 625 ilə, İlhan Səlçuka 242 ildən 580 ilə, Sevgi Erenerola 267 ildən 392 ilə, Mehmet Fikri Karadağa 176 ildən 593 ilə qədər həbs cəzası istənilib. İttihamnamədə “Ergenekon”un digər üzvlərinin də adları və “cinayətləri” sadalanıb. İttihamnamədə terror təşkilatının Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatı ilə əlaqələrinin olmadığı vurğulanır. Məlumata görə, təşkilat üzvləri Türkiyə Silahlı Qüyvvələri Baş Qərargah rəisi Yaşar Böyükanıta və baş nazir Rəcəb Tayyip Ərdoğana, eləcə də Orxan Pamuk, Osman Baydemir, Ahmet Türk, Sebahat Tuncel, Fehmi Koru, yunan patriki Bartholomeus, erməni patriki Mutafyan kimi şəxslərə sui-qəsd planı hazırlayıblar. “Ergenekon” üzvlərinin NATO təsislərinə də hücumlar hazırladığı iddia edilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar