SON XƏBƏRLƏR

Britaniya əsgərləri Əfqanıstanda mülki şəxləri öldürüblər

2021.10.20, 07:36
Britaniya əsgərləri Əfqanıstanda mülki şəxləri öldürüblər

Gunaz.tv
Britaniya əsgərləri Əfqanıstanda mülki şəxləri öldürüblər 20080728112036_1.jpg “Yeni Şərq”in BBC-yə istinadən verdiyi məlumata görə, əsgərlər nəzarət məntəqəsini keçmək istəyən maşına atəş açıblar. Onlar maşının içərisində silahlıların olmasından şübhələniblər. Bu məlumatı NATO verib. Yaralanmış əfqanlar müalicə olunmaq üçün yaxınlığındakı xəstəxanaya aparılıblar. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri hadisədən kədərləndiklərini bildirib. Ancaq qurum əlavə edib ki, hadisə, yük maşını sürücüsünün məsuliyyətsiz hərəkəti nəticəsində baş verib. Qoşunlar mülki vətəndaşları xəbərdar ediblər ki, öz yük maşınlarını nəzarət məntəqəsindən uzaqda saxlasınlar. Ancaq özlərinin təhlükə kimi görünə biləcəyindən xəbərsiz olan bəzi əfqanlar bu xəbərdarlıqları dinləməyiblər. Qeyd edək ki, bu, koalisiya qüvvələrinin Əfqanıstanda dinc əhaliyə qarşı həyata keçirdikləri ilk qətl hadisəsi deyil. Bundan əvvəl də ABŞ və Britaniya qüvvələri müxtəlif şəhərlərdə atəş açaraq, yaxud yaşayış məntəqələrini bombalayaraq dinc sakinlərin qətlinə səbəb olmuşlar. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar