SON XƏBƏRLƏR

Kremldən Ağ evə ultimatum.ABŞ RƏM-ini Çexiyada yerləşdirsə, Rusiya buna "hərbi-texniki metodlarla" cavab verəcək

2021.10.20, 07:36
Kremldən Ağ evə ultimatum.ABŞ RƏM-ini Çexiyada yerləşdirsə, Rusiya buna "hərbi-texniki metodlarla" cavab verəcək

Gunaz.tv
Kremldən Ağ evə ultimatum ABŞ RƏM-ini Çexiyada yerləşdirsə, Rusiya buna "hərbi-texniki metodlarla" cavab verəcək Dünən Praqada ABŞ-ın dövlət katibi Kondoliza Rays və Çexiya XİN başçısı Karel Şvartsenberq Amerikanın raket əleyhinə müdafiə (RƏM) sistemi çərçivəsində Çexiya ərazisində radar stansiyalarının qurulması barədə əsas razılaşmaya imza atıblar. Müqavilə bu ilin payızında Çexiya parlamentində ratifikasiya edilməlidir. Şvartsenberq hesab edir ki, RLS-lə bağlı müqavilə Avropa Birliyi üçün Lissabon müqaviləsi qədər önəmlidir:"Müqavilə Çexiya və bütün avropanın təhlükəsizliyini təmin edəcək". Moskva isə Vaşinqtonun ona məhəl qoymayaraq öz RƏM-ini Şərqi Avropada yerləşdirməklə bağlı addımına ultimatumla cavab verib. Rusiya XİN hesab edir ki, ABŞ-ın indiki administrasiyası İranın xəyali raket təhlükəsi bəhanəsi ilə özünün qlobal RƏM sisteminin Avropada sayca 3-cü mövqe rayonunu yaradır:" Bütün bunlar Çexiya ictimaiyyətindəki ciddi ziddiyyətlər fonunda həyata keçirilir. Bu, nə Çexiyaya, nə də bütövlükdə Avropaya təhlükəsizlik gətirir" (İnterfaks). RF XİN xəbərdarlıq edib ki, əgər Çexiya parlamenti sazişi təsdiqləsə, rəsmi Moskva buna diplomatik deyil, "hərbi-texniki metodlarla" cavab verəcək. Qeyd edək ki, bu günlərdə RF Müdafiə Nazirliyinin idarə rəisi, general-leytenant Yevgeni Buжinski bildirmişdi ki, ABŞ RƏM-i Mərkəzi Avropada peyda olarsa, Rusiya buna öz təhlükəsizliyinə təhdid kimi baxacaq. Xaqani azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar