SON XƏBƏRLƏR

Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı?

2021.10.20, 07:36
Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı?

Gunaz.tv
Regionda təhlükəli oyun: ABŞ-İran müharibəsi başlayırmı? İyun ayının 28-də həftəlik Nyu Yorker qəzetində tanınmış jurnalist və Poltzer mükafatının qalibi Seymur Herşin ABŞ-ın İrana müdaxiləsinə dair yazdığı bir məqalənin xülasəsi dərc edildi. (Xatırladaq ki, Herş hələ 2006-cı ilin aprel ayında Nyu Yorkerdə bir məqalə yazaraq, Corc Buşun son hədəfinin İran rejimini siyasi və ya hərbi yollarla devirmək olduğunu bildirmişdi). Məqaləyə görə, ABŞ-ın əlaqədar dairələri prezident Buş hakimiyyətinin İran rejimini devirmək və ya onu sarsıtmaq məqsədilə planlarını həyata keçirmək üçün 400 milyon dollar vəsait ayrılmasına razılıq verib. Məqalənin tam mətninin 2008-ci ilin iyulun 7-sindəki və 14–ndəki sayılarda çapı nəzərdə tutulsa da, xülasədən bir çox məqamlar tam aydın olub. Buna görə, sənəd Buş tərəfindən imzalandıqdan sonra qanuna uyğun olaraq Respublikaçıların və Demokratların başçılarına, Senatorlar məclisinə və bu məclisin təhlükəsizlik komitəsinə göndərilib. Məqalədə müəllif mövzu haqda məlumatlı olan şəxslərə istinadən bildirilib ki, “bu layihə İran İslam Respublikasının nüvə proqramlarında uğur qazanmasının qarşısının alınmasını, rejimin devrilməsini və yeni hakimiyyətin yaradılmasını nəzərdə tutub.” İran müxaliflərinə yardımın da bu layihənin tərkib hissəsi olduğu iddia edilməkdədir. Ancaq bəzi mütəxəssislərin fikirlərinə görə Amerika İran daxilində heç bir qrupa maddi yardım gostərmir. Məqalədə bu layihəyə ayrılan büdcənin məbləğinin 400 milyon dollar olduğu qeyd olunmaqda və Amerikanın İrana qarşı uzun müddətdir məxfi əməliyyatlar apardığı bildirilməkldədir. Bu əməliyyatların əsasən İranın İraqla qonşu olan cənubunda aparıldığı iddia edilməkdədir. Seymur Herşin iddialarına görə, ABŞ təhlükəsizlik qüvvələri son ildə İran daxilində casusluq əməliyyatlarını daha da genişləndirib. Röyter xəbər agentliyi də bu məqalənin bir hissəsini dərc edərək, hələlik ABŞ rəhbərliyinin, Kongres nümayəndələrinin və dövlət departamentinin bu haqda heç bir açıqlama vermədiyini vurqulayıb. Elə ABŞ və İsrailin son dovrlərdə atdığı addımlar da Herşin iddilarına ciddi yanaşmağı tələb edir. Belə ki, ABŞ prezidenti Buş bir müddət əvvəl Avropaya səfəri zamanı rəsmi Vaşinqtonun İranla bağlı problemlərin həll olunmasında siyasi və diplomatik yollar axtardığını, ancaq problemin həllində müharibə variantının hələ gündəmdən çıxmadığını bildirmişdi. Corc Buşun Pentaqondakı İranla müharibə əleyhdarı hərbi kadrları dəyişdirməsi, Fars korfəzinə yeni ABŞ quru qüvvələrinin və hərbi dəniz donanmasının gətirilməsi, eləcə də hərbçilərin və diplomatların bölgədə getdikcə coxalan yeni görüşləri və görüşlərdə bir sıra məqamların açıqlanmaması bir çoxlarında yaxında müharibə olacaği qənaətini möhkəmləndirir. Elə İsrailin Aralıq dənizində keçirdiyi hərbi təlimlər və bu ölkənin yetkililərinin İrana hərbi hücumların olmasının vacibliyi haqda bəyanatları da bu qənaəti daha da gücləndirən amillərdəndir. İranın ABŞ-ın hücum planları ilə əlaqədar yazılanlara reaksiyası ABŞ-ın İrana hücum edəcəyinə dair xəbərlərin geniş yayıldığı bir vaxtda İran rəhbərliyi də davamlı olaraq ABŞ rəhbərlərini və təhlükəsizlik orqanlarını İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməkdə günahlandırır. İİR yetkililərinin ABŞ rəsmilərini belə ittihamlarla günahlandırması artıq digər ölkə rəsmiləri və mütəxəssislər tərəfindən adi hal kimi dəyərləndirilsə də, keçən ay yenə İran İnformasiya Nazirliyi (Təhlükəsizlik Nazirliyi) bəyanat verərək, ABŞ-ı İranda terrorçuları dəstəkləməkdə ittiham etdi. Təhlükəsizlik nazirliyinin bəyanatında ABŞ rəsmiləri İranda terror qrupları yaratmaqda, onları təchizatla təmin etməkdə və belə qruplara rəhbərlik etməklə İran İslam Respublikasının daxili sabitliyini pozmağa çalışmaqda ittiham olunur. Geniş yayılan İrana hücum ssenariləri fonunda artıq İranda ABŞ-ın hücumları haqda danışmağa qoyulan yasaq aradan qaldırılıb. İndiyə qədər İran rəsmi dairələri (siyasi və dini liderlik) ölkə mətbuatının ABŞ-ın İrana hücumu ehtimalı haqda yazmasını ciddi dərəcədə məhdudlaşdırmışdı. Bu haqda verilən hər hansı bir informasiya və ya məqaləni “psixoloji müharibəyə yardım” və “xalq arasında qorxu yaratmaq” kimi qiymətləndirirdilər. İndi bu haqda qadağanın ləğv edilməsi İran rejiminin hücum ssenarilərini ciddiyə almağa başlamasının işarəsi sayıla bilər. Elə İnqilab Mühafizləri Korpusunun baş komandanı Məhəmməd Əli Cəfəri də, Came-Cəm telekanalına müsahibəsində hadisələrin inkişafının Amerikanın İrana hücum ehtimalını gücləndirdiyini bildiririb. Cəfəri açıqlamalarında, ABŞ-ın İrana hücum etməsinə mane olan səbəblər üzərində də xüsusi dayanıb. O, ABŞ rəhbərliyinin İrana hücum etmə mövzusunda qərarsız oluğunu iddia edib, bunun da səbəblərindən biri kimi İranın nüvə mərkəzlərinin pərakəndə şəkildə olmasını və hücum zamanı onların tam məhvinin mümkün olmasının mümkünsüzlüyünü göstərib. O həmçinin ABŞ-ın mümkün hücumu nəticəsində İranın nüvə fəaliyyətində müvəqqəti təxirəsalınmaların yaranacağını, ancaq onun davamının qarşısının alınmasının mümkün olmayacağını bildirib. Onun sözlərinə görə Amerikalıları İrana hücum etməkdən çəkindirən digər məsələ də müharibənin sonunu planlaşdıra bilməmələridir. Cəfəri ”ABŞ-ın bu müharibənin nə zaman sona çatacağını təxmin edə bilməyəcəyini, bunu müəyyyən etmənin onların əlində olmadığını” vurqulayaraq, ABŞ-ı müharibəyə başlamaqdan çəkinməyə çağırıb. General Cəfəri ABŞ-ın bütün problemlərə baxmayaraq İrana hücum etməsi halında bu hücumların qarşısını almağa tam hazır olduqlarını bildirib və İranın Amerika və İsrail hücumlarına necə cavab verəcəklərini açıqlayıb. İİMK-nin baş komandanı müsahibəsində İran hərbi qüvvələrinin körfəzdə Hürmüz boğazını bağlayaraq, İsrailə zərbə endirərərk və xarici imkanlardan istifadə etməklə ABŞ-ın hücumlarına cavab verəcəklərini elan edib. Cəfəri ABŞ-ın İsrailin yardımı olmadan İrana hücum edə bilməyəcəyini və bu səbəbdən İran hərbi qüvvələrinin hər hansı bir hücum olduğu zaman İsrailin də mənafeyini hədəfə alacaqlarını xüsusi vurqulayıb. O, İsrailin strateji dərinliyə malik olmadığınını və bu baxımdan İran raketlərinin hücumu qarşısında müqavimət göstərə bilməyəcəyini qeyd edib. Bundan əlavə Cəfəri bildirib ki, İran öz ərazilərindən kənarda da zərbələr endirməyə qadirdir. Qeyd edək ki, bu zərbələrin terror aktları olub olmayacağı haqda və harda olacağı barədə heç bir məlumat verilməyib. Amma Cəfəri qeyd edib ki, İran tez bir zamanda regiondakı İslami təşkilatlardan ibarət vahid cəbhə yaradaraq bu qüvvələri bütünlüklə İsrail əleyhinə səfərbər edə biləcək. İran belə bir müharibə olacağı təqdirdə neft amilindən də nəhayət istifadə etməyə cəhd göstərməyə çalışacaq. General Cəfəri neft amilinə işarə edərək bildirib ki, müharibənin başlanması neftin qiymətinə böyük təsir göstərəcək. Üstəlik İran hərbi qüvvələri Amerikanın hücumlarına cavab kimi körfəzə və dünya enerji şəbəkəsinin şah damarı olan Hürmüz boğazına nəzarəti gücləndirəcəklər. Cəfərinin ABŞ-a müqavimət planına İranın “İtkin düşmüşlər və şəhidlər meyitlərini axtarışı komitəsini” sədri Feysəl Bağirzadə öz açıqlamaları ilə dəstək verib. Bağırzadə İranın sərhəd bölgələrdə ölkəyə təcavüz etmək istəyən əsgərlərin meyidlərinin basdırılması üçün 320 min qəbir qazılmağa başlanıldığını elan edib. Göründüyü kimi, əsasən Qərb mətbuatınada gündəmə gələn ABŞ-ın İranı vurma planının ciddiyəti İran tərəfindən çox ciddiyə alınmaya başlanmışdır. Əslində Məhəmməd Əli Cəfərinin aşıqlamaları da bu mövzunun İran cəmiyyətində ümumi müzakirəyə çıxarılması üçün zəmin yaratmış oldu. Bu müzakirələr bir yandan İran xalqını mümkün bir savaşa qarşı psixoloji cəhətdən hazırlamaq məqsədi daşırkən, digər tərəfdən də prezident Mahmud Əhmədinejada, böhran yaşayan iqtisadiyyatın mövcud durumunu bir az daha ört-basdır etməsi və “müharibə olacağı” tezisi ilə bir sıra iqtisadi məhdudiyyətləri həyata keçirməsi üçün əlverişli imkan yaratmaqdadır. ARAZ TƏDQİQATLAR MƏRKƏZİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar