SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD: «ONLAR KİMİ YÜZ QÜVVƏ DƏ BİR YERƏ YIĞILSA, İRANA HÜCUMA KEÇMƏYƏ CƏSARƏT ETMƏZ»

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD: «ONLAR KİMİ YÜZ QÜVVƏ DƏ BİR YERƏ YIĞILSA, İRANA HÜCUMA KEÇMƏYƏ CƏSARƏT ETMƏZ»

Gunaz.tv
ƏHMƏDİNEJAD: «ONLAR KİMİ YÜZ QÜVVƏ DƏ BİR YERƏ YIĞILSA, İRANA HÜCUMA KEÇMƏYƏ CƏSARƏT ETMƏZ» İnkişaf etməkdə olan ölkələrin dövlət başçılarının toplantısına qatılmaq üçün Malayziyaya səfər edən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad 5+1 qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) uranı zənginləşdirməyi dayandırmaqla bağlı tələbinin qanunsuz olduğunu deyib. «Media forum» saytının məlumatına görə, M.Əhmədinejad İranın uranı zənginləşdirmək hüququndan imtina etməyəcəyini vurğulayıb: «5+1 qrupuna daxil ölkələr bir tərəfdən bizə müzakirə təklif edirlər, o biri tərəfdən də bizi təhdid edir və onların qanunsuz tələbinə boyun əyməyimizi istəyirlər». İran prezidenti ABŞ və İsrailin İrana qarşı mümkün hərbi hücumuna da münasibət bildirib: «ABŞ və İsrail bizdən ötrü heç nədir. Onlar kimi yüz qüvvə də bir yerə yığılsa, yenə İrana qarşı hərbi hücuma keçməyə cəsarət etməz».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar