SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANDAKI SON OLAYLAR HAQQINDA MƏLUMAT

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANDAKI SON OLAYLAR HAQQINDA MƏLUMAT

Gunaz.tv
GÜNEY AZƏRBAYCANDAKI SON OLAYLAR HAQQINDA MƏLUMAT DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Babək qalasına yürüş yenə əngəllənib. Bu törən ərəfəsində faşist hakimiyyət tələbə saytını sıradan çıxarıb, milli hərəkat fəalını isə qətlə yetirib. Azərbaycanın azadlıq rəmzinə çevirilmiş Babəkin anım həftəsi başlayıb. Heç kimə sirr deyil ki, Tehran hakimiyyəti bu milli mədəni törəni əngəlləmək üçün çeişdli təzyiq üsullarından istifadə edir. Elə bu bayram ərəfəsində baş verən bir sıra olayları xatırlamaqla faşsit molla hakimiyyətinin rəhbərliyilə atdığı addımların mahiyyətində duran bəzi məsələlərə aydınlıq gətirmək mümkündür. Məlumata görə Güney Azərbaycan Öyrənci Hərəkatının (www.oyrenci.com ) saytı xakkerlərin hücumuna məruz qalıb. Bu informasiya mənbəyi Güney Azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Güneydə tanınmış bu sayt əvvəllərdə İran hakimiyyətinin hücumuna məruz qalıb. Öyrənci saytı insan haqları ilə bağlı xəbərlər və təhlili yazılar yayan etibarlı məlumat qaynaqlarından biri kimi tanınır. Tehran hakimiyyəti tərəfindən Güney Azərbaycan tələbələrinin dərgiləri bağlandıqdan sonra bu sayt Azərbaycandan və İrandan informasiyanın yayılması üçün əsas vasitələrdən biri kimi fəaliyyət göstərirdi. Əslində bu saytın bağlanması şovinist hakimiyyətin nökərlərinin əli ilə həyata keçirilibdir. Hakimiyyət bununla Babək həftəsi ilə bağlı məlumatların yayılmasına mane olmağa cəhd göstərib. Amma informasiya texnologiyaları dövründə bunun mümkünsüz olduğu bəllidir. Molla hakimiyyətinin rəhbrəliyi Babəkin doğum günü ərəfəsində Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı fəallarını qorxutmaq məqsədilə çeşidli qətillər törədilməsində əli olduğu hamı üçün məlumdur. Ötən ayın sonlarında Qadir Sədiqi və Fərhad Möhsüninin şübhəli ölümündən sonra daha bir hərəkatçı Əfşin Urfan Xosrovşahinin cəsədi Təbrizdəki ofisində tapılıb. Mənbənin məlumatına görə 30 yaşlı Azərbaycanlı gənc Təbrizin Abrəsan məhəlləsindəki iş yerində naməlum şəxslər tərəfindən dəhşətli fiziki işgəncəyə məruz qaldıqdan sonra asılaraq öldürülüb. Güney Azərbaycan türkünün milli, mənəvi və qanuni haqlarını tələb edən hərəkatın fəal iştirakçılarından olub. Məlumata görə öldürülməzdən bir müddət öncə naməlum şəxslər onu ölümlə hədələyiblər. Tehran hakimiyətinin rəsmiləri isə hələlik bu barədə heç bir açıqlama verməyib. Güney Azərbaycanın Sulduz şəhərində Babəkin doğum gününə həsr olunmuş şənliklər zamanı atəşfəşanlıq edərək bu günü təntənəli qeyd ediblər. Bununla yanaşı Babək qalasına yürüş etməyə başlayıblar. Sulduz şəhərinin ETTELAAT rəisi Eynulla Novruzpur qorxuya düşərək əlavə hərbi qüvvələri Sulduza dəvət edib. Güney Azərbaycanın əsas şəhərlərinin giriş və çıxışlarını tam nəzarətə götürülüb. Xatırladaq ki, Babəkin doğum günü türk dünyasının tanınmış tarixçisi mərhum dr.Məhəmməd Tağı Zehdabi və başqa elm adamlarının apardığı araşdırmalar nəticəsində Babəkin doğum günü iyul ayının əvvəli olduğu müəyyənləşib. Həmin vaxtdan hər il Güney Azərbaycan türkləri Azərbaycanın azadlıq qəhrəmanı olan Babəkin doğum gününü Bəzz qalasında yüksək səviyyədə keçirməyə başlayıb. Son illərdə faşist molla hakimiyyəti milyonlarla türkün Babək qalasına toplanmasından qorxuya düşərək bütün hərbi gücünü işə salaraq bu anım mərasimin qarşısını almaq istəyir. Güney Azərbaycanla yanaşı Babəkin doğum günü soydaşlarımız tərəfindən başqa ölkələrdə də qeyd olunur. Babək həftəsi ərəfəsində Londonda fəaliyyət göstərən Güney Azərbaycan Təşkilatı tərəfindən Babəkin ad günü təntənəli surətdə qeyd olunub. Həmin tədbirdə Babək haqqında məlumatlar verilərək musiqi və şən tədbirlər həyata keçirilib. Həmin tədbirlə bağlı yayılmış elanda Babəkin dediyi sözlədən istinad gətirilib. Babək deyirdi ki, “Əgər üsyanımız azadlıq üçündürsə azadlığımızda bərabərlik üçündür. Əgər torpaq bizimdirsə, qoy onun sevinci də, kədəri də bizim olsun”. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar