SON XƏBƏRLƏR

İran prezidenti uran zənginləşdirilməsinin dayandırılmasına dair təkrar çağırışları rədd edib

2021.10.20, 07:36
İran prezidenti uran zənginləşdirilməsinin dayandırılmasına dair təkrar çağırışları rədd edib

Gunaz.tv
İran prezidenti uran zənginləşdirilməsinin dayandırılmasına dair təkrar çağırışları rədd edib İran prezidenti Mahmud Əhmədinejad uran zənginləşdirilməsinin dayandırılmasına dair təkrar çağırışları rədd edib. Dövlət xəbər agenliyi İRNA-nın Malayziyada səfərdə olan prezidentə istinadən bildirdiyinə görə, Tehran ədalətli bir şəraitdə dialoqa hazır ola bilər. İran prezidenti qeyri-bərabər şərtlərin heç bir nəticə verməyəcəyini deyib. İran beynəlxalq həvəsləndirici təkliflərə cavabını Avropa Birliyinin xarici siaysət şöbəsinin rəhbəri Xaviyer Solanaya keçən cümə günü təqdim edib. Amerikanın Səsi ------------------------------------------------------------------ Rusiya Azərbaycanla hərbi əməkdaşlığa hazırdır - səfir Azərbaycan, Bakı, 08 iyul/ Trend News, müxbir S.Ağayeva/ “Rusiya Azərbaycanla hərbi əməkdaşlığa hazırdır. Lakin hansısa hərbi “oyuncağın” müstəsna olaraq Azərbaycana verilməsi barədə söhbət belə gedə bilməz”, - çərşənbə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq barədə müqavilə mövcuddur. Azərbaycanın Müdafiə Nazirliyi 50 ölkə ilə əməkdaşlıq edir. Səfirin sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münaqişəsi məsələsində həlledici amilin tapılmasında maksimal kömək göstərməyə hazırdır. “Lakin hərbi əməkdaşlıq münaqişənin tənzimlənməsində Azərbaycana hərbi yardımın edilməsi demək deyil”, - diplomat qeyd edib. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. İşğal 1988-ci ildə başlayıb. 1991-ci ilin dekabrnadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna edilməklə) Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayon işğal edilib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar