SON XƏBƏRLƏR

Türkiyə prezidenti İlham Əliyev və Mixail Saakaşvilini ölkəsinə çağırıb

2021.10.20, 07:36
Türkiyə prezidenti İlham Əliyev və Mixail Saakaşvilini ölkəsinə çağırıb

Gunaz.tv
Türkiyə prezidenti İlham Əliyev və Mixail Saakaşvilini ölkəsinə çağırıb Türkiyənin «Cihan» xəbər agentliyinin verdiyi məlumata əsasən, prezident Abdulla Gül azərbaycanlı və gürcü həmkarları İlham Əliyev və Mixail Saakaşvilini iyulun 24-də Bakı-Tiflis-Qars dəmiryolu magistralının təməlqoyma mərasiminə dəvət edib. Bu, iyulun 7-də axşam Astanada, dövlət başçılarının bağlı qapılar arxasında keçirilmiş təkbətək görüşündə baş verib. ----------------------------------------------------------------- ABŞ ordusunun azərbaycanlı zabitinin təşəbbüsü ilə daha bir konqresmen Azərbaycan üzrə işçi qrupa daxil olub Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ ordusunun zabiti, soydaşımız Nəimi Əmirəliyevin təşəbbüsü ilə daha bir Konqres üzvü Azərbaycan üzrə İşçi Qrupuna daxil olub. Bu barədə APA-nın ABŞ bürosuna açıqlama verən Nəimi Əmirəliyev Virciniya ştatını Konqresdə təmsil edən Rob Vitmanla danışıqlar apardığını, danışıqların yekununda konqresmenin Azərbaycan üzrə İşçi Qrupuna daxil olmaq barədə qərar qəbul etdiyini bildirib. Bir saat davam edən görüş ərzində Nəimi Əmirəliyev konqresmenə Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının öz yurd-yuvasından qaçqın düşməsi, Azərbaycanın ABŞ, Avropa və İsraillə strateji müttəfiqlik münasibətləri barədə məlumat verib. ABŞ Dəniz Donanmasının zabiti olan soydaşımız Konqresmen Rob Vitmana Azərbaycan həqiqətlərini əks etdirən kitablar və disklər də təqdim edib. Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq zabiti olan Rob Vitman Konqresin hərbi xidmətlər komitəsinin üzvüdür. Onun Azərbaycan üzrə İşçi Qrupa daxil olması ilə qrupun üzvlərinin sayı 42 nəfərə çatıb. Bundan əvvəl daha 3 konqresmen soydaşımız Nəimi Əmirəliyevin təşəbbüsü ilə Azərbaycan və Türkiyə üzrə işçi qruplara daxil olub. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar