SON XƏBƏRLƏR

URMİYADA BEYNƏLXALQ ŞEİR FESTİVALI OLACAQ

2021.10.20, 07:36
URMİYADA BEYNƏLXALQ ŞEİR FESTİVALI OLACAQ

Gunaz.tv
URMİYADA BEYNƏLXALQ ŞEİR FESTİVALI OLACAQ İranın Qərbi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin rəsmisi Bəhrəli Mahmudi jurnalistlərə noyabr ayında Urmiyada iki günlük beynəlxalq şeir festivalı keçiriləcəyini deyib. «Media forum» saytının məlumatına görə, yalnız dini şeirlərə meydan veriləcək festivala ölkənin türkdilli (azərbaycandilli) yazarları ilə yanaşı Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan və İraqdan qələm adamları da qatılacaq. «Media forum» -------------------------------------------------------------------------- Azərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq vasiliistiratovnew.jpg Bakı. Tamara Qriqoryeva-APA. Yaxın günlərdə Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığın şərtlərini müəyyənləşdirmək məqsədilə danışıqlara başlayacaqlar. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov söyləyib. Səfir qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri bu məsələ ətrafında olub. Prezidentin səfərini şərh edən İstratov tərəflərin bu günə kimi həllini tapmayan məsələlər ətrafında müzakirələr apardığını qeyd edib. Bu səfərlə ölkələr arasında yeni konstruktiv dialoqun əsasının qoyulduğunu bildirən səfir Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərdə yeni səhifənin açıldığını bildirib. O, iki ölkənin sərhədlərinin delimitasiya məsələsinə də toxunub: “Bu həlli tezliklə başa çatacaq məsələlərdən biridir. Sərhədlərin delimitasiyasına dair razılaşdırılmamış bir-iki məqam qalıb. Problemin həll etmək istəyi hər iki tərəfdə var, amma bəzi məsələlərlə bağlı mövqelər üst-üstə düşmür”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunan səfir qeyd edib ki, Rusiya bu prosesə maksimum dərəcədə töhfəsini vermək istəyir: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maksimum dərəcədə yardım göstərməyə hazırdır və danışıqlar prosesində irəliləyişləri alqışlayır. Biz əldə olunan razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar