SON XƏBƏRLƏR

İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Aşura batalyonları Tehranda böyük hərbi təlimlərə başlayıb

2021.10.20, 07:36
İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Aşura batalyonları Tehranda böyük hərbi təlimlərə başlayıb

Gunaz.tv
İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Aşura batalyonları Tehranda böyük hərbi təlimlərə başlayıb. iyulun 8-də «Sepah»ın Tehranın şimal dairəsi üzrə komandanı, general Behruz Xadiməlhüseyni jurnalistlərə açıqlamasında deyib ki, təlimlərdə məqsəd düşmənin təhdidlərinə qarşı hazırlığı gücləndirməkdir. Generalın bildirdiyinə görə, hərbi təlimlərdə 20 min nəfər iştirak edir. ümumilikdə təlimlərə 20 batalyon qatılacaq: «Təlimlər çərçivəsində siyasi-ideoloji, həmçinin mədəni və dini kursların da keçirilməsi nəzərdə tutulur». Təlimlər 5 gün davam edəcək. Bu gün səhər hərbi təlimlərin açılışında «Sepah» və «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) qüvvələrinin, müxtəlif hərbi strukturların komandanları, həmçinin ölkənin bir sıra rəsmiləri iştirak edib. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar