SON XƏBƏRLƏR

QAT azərbaycanlı əsir qadınlara qarşı törədilən erməni vəhşiliyi barədə tükürpədici sənəd yayıb

2021.10.20, 07:36
QAT azərbaycanlı əsir qadınlara qarşı törədilən erməni vəhşiliyi barədə tükürpədici sənəd yayıb

Gunaz.tv
“BİZİ ZORLAYIB, PAPİROSU ÇƏKİB BƏDƏNİMİZDƏ SÖNDÜRÜRDÜLƏR” QAT azərbaycanlı əsir qadınlara qarşı törədilən erməni vəhşiliyi barədə tükürpədici sənəd yayıb Dünən Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin ilk toplantısı keçirilib. Toplantıda bir sıra məsələlər müzakirə edilməklə yanaşı, azərbaycanlı əsir qadınlara qarşı törədilmiş erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edilib. Həmin sənədin Bakıda, ölkənin digər bölgələrində yayılması, internet saytlarında yerləşdirilməsi nəzərdə tutulub. MTN arxivləri əsasında hazırlanmış sənəddə erməni vəhşilərinin əsir götürülmüş azərbaycanlı qadınları görünməmiş işgəncələrə, zorakılığa məruz qoyduğu bildirilir. Sənəddən bəzi seçmələr: “Ermənilər 4 yaşlı qızıma sataşdı. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar. Sonra isə yerə yıxıb sürüdülər”. 20 yaşlı bir qızın dediklərindən: “Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdılar, saçımızdan tutub sürüyürdülər”. “Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında döyərək dəfələrlə zorladılar. Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladılar. Sonra itlə əlaqəyə girməyə məcbur etdilər. 13-14 yaşlı qızları gözümüzün qarşısında zorlayırdılar. Səsləri indiyədək qulağımdan getmir. Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər. Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü. Bir qızı soyundurub lüt halda rəqs etdirib sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü”. “200-dən artıq uşaq, qoca və qadınlarla birliklə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar”. “Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar”. SEYMUR musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar