SON XƏBƏRLƏR

Azərbaycanlı müğənni türkcə konsertinə icazə verilmədiyinə etiraz olaraq gitarasını yandırdı

2021.10.20, 07:36
 Azərbaycanlı müğənni türkcə konsertinə icazə verilmədiyinə etiraz olaraq gitarasını yandırdı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın tanınmış pop müğənnisi türkcə keçirmək istədiyi konsertə icazə verilmədiyi üçün gitarasını yandırıb.

 

Hadisə cümə günü, iyunun 15-də baş verib. Azərbaycaycanlı gənc müğənni Peyman Keyvani birinci gitarasını qırıb, sonra onu yandırıb. O bununla konsertə icazə verməyən Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinə öz etirazını bildirib.

 

P.Keyvani gitarası alov içində yanarkən belə deyib:

“Mən türkcə konsert üçün icazə istəyirəm, məsullar bu tələbdən qarın ağrısına düşür. Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinə etirazım var. Ümid edirəm ki, bununla bağlı səlahiyyətli orqanlar bizə yardım edəcək. Nə üçün ana dilimdə musiqiyə və konsert keçirməyə icazə verilmir?! Mən bu vəziyyətə etiraz olaraq sazımı yandırıram, bundan sonra da heç vaxt Ərdəbildə konsert verməyəcəm və inşallah yaxın zamanda bu şəhərdən gedecəm”- deyə o bildirib.

 

Gənc müğənninin etirazı sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib. Soydaşlarımız P.Keyvaninin İnstaqram səhifəsində komentlər dərc edərək onu dəstəklədiklərini bildirib və ondan var gücü ilə yolunu davam etdirməsini istəyiblər.

 

P.Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.

 

İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər minbir problemlə üzləşir.

 

Bundan əvvəl Dalğa Musiqi Qrupunun müdiri Çingiz Mehdipur və tanınmış gənc müğənni Əli Pormehr də Azərbaycan musiqisinə tətbiq olunan ayrı-seçkiliklərə kəskin etiraz bildirmişdilər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar