SON XƏBƏRLƏR

Əhmədinejad həbs oluna bilər?

2021.10.20, 07:36
Əhmədinejad həbs oluna bilər?

Gunaz.tv

GünAz TV: İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAHın) komandiri Məhəmməd Əli Cəfəri dini lider Əli Xameneiyə müraciət edərək prezident Mahmud Əhmədinejadın həbs olunmasını istəyib.

 

 Milli.Az xəbər portalının Rusiya KİV-nə (Kütləvi İnformasiya Vasitələrinə) istinadən verdiyi məlumata görə, bunu dini liderin nümayəndəsi əyatullah Abdulnəbi Namazi bildirib. Onun sözlərinə görə, həbs sorğusu Xameneini devirməyə cəhd etmiş bütün insanlarla bağlı verilib. Nəticədə dini lider Əhmədinejad istisna olmaqla, digər şəxslərin həbsinə «hə» deyib.

 

Namazinin sözlərinə görə, Əhmədinejad canını xəbərdarlıqla qurtara bilib: «Dini liderlə prezident arasında yaranmış fikir ayrılığı Əhmədinejadın istefası ilə nəticələnə bilər».

 

Qeyd edək ki, İranda dini lideri devirməyə cəhd edamla cəzalandırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar