SON XƏBƏRLƏR

İran Ermənistanın Rusiyadan ayrılıb Qərbin təsir dairəsinə düşməsini istəmir

2021.10.20, 07:36
İran Ermənistanın Rusiyadan ayrılıb Qərbin təsir dairəsinə düşməsini istəmir

Gunaz.tv

GünAz TV: Özünü İslam dünyasının lideri olduğunu iddia edən İran Ermənistan kimi işğalçı bir dövləti himayə etməsi bir daha göstərir ki, bu dövlət islam prinsiplərindən (əslindən, ilkəsindən) uzaqdır.

Bunu Gün.Az-a Ankaradan politoloq Arif Kəskin bildirib.

“İran Ermənistanın Rusiyadan ayrılıb Qərbin təsir dairəsinə düşməsini istəmir. Başqa bir ifadə ilə desək, İran Ermənistanın Qərbə  yaxınlaşmasından qorxur və bunun qarşısını almaq üçün özü məcbur olub Ermənistanı dəstəkləyir və öz təsir dairəsində saxlamaq istəyir. Bir tərəfdən İran Ermənistanı Türkiyənin Qafqazdakı fəaliyyətini məhdudlaşdırmanın vasitələrindən biri olaraq görür, digər tərəfdən də Avropa və ABŞ-dakı (Amerika Birləşmiş Ştatlarındakı) erməni diasporunun qlobal (kürəsəl) siyasətdə özünə bəzi qapılar aça biləcəyini düşünməkdədir”– deyə Arif Kəskin əlavə etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar