SON XƏBƏRLƏR

Məhəmməd Əzizinin təhsilinin davamına qadağa qoyulub

2021.10.20, 07:36
Məhəmməd Əzizinin təhsilinin davamına qadağa qoyulub

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, azərbaycanlı fəal cənab Məhəmməd Əzizinin təhsilinin davamına qadağa qoyulub.

 

Öyrənci qəbulu üzrə seçim heyəti azərbaycanlı fəal Məhəmməd Əzizinin  maqistr pilləsində (karşünasiye ərşəd) təhsil almasına “yox” deyib.

 

Məhəmməd Əzizi Gilan universitetinin fars ədəbiyyatı üzrə məzunudur. O sosioloqiya üzrə təhsilini davam etdirmək istəyərkən, Öyrənci qəbulu üzrə seçim heyəti tərəfindən təhsilinə qadağa qoyulduğunu bilib.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal, qapadılmış “Qopuz” dərgisi redaksiyasının (sər dəbiri) üzvü, “Çağrı”, “Yağış”, “Qopuz” və Barış dərgilərinin məqalə yazanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar