SON XƏBƏRLƏR

“Eurovision-2012” üçün maraqlı layihə hazırlanıb

2021.10.20, 07:36
“Eurovision-2012” üçün maraqlı layihə hazırlanıb

Gunaz.tv

GünAz TV: Bakıdakı “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi qurğunun tikintisi üçün bir neçə layihə hazırlanıb.

Bu barədə Lent.az-a həmin layihələrdən birini görən məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, layihələri ABŞ (Amerika Birləşmiş Ştatları), İngiltərə və İsveçrənin məşhur şirkətləri “Eurovision-2012”nin təşkilat komitəsinə təqdim edib: “Mən onlardan birini görmüşəm. Bu, həqiqətən də fantastik layihədir. Onu təsvir etmək sadəcə, mümkün deyil”.

 

Mənbə bildirib ki, layihələrdən hansının tikintisini daha tez müddətdə həyata keçirmək mümkün olsa, həmin qurğu Dövlət Bayraq Meydanı yaxınlığında inşa olunacaq. Amma alternativ variant (seçənək) kimi Tofiq Bəhramov adına Respublika (Cümhuriyyət) stadionunda rekonstruksiyanın (yenidənqurma) aparılması da aktuallığını (fəallığını) qoruyur.

 

Qeyd edək ki, “Eurovision-2012” gələn il mayın 22-də ilk yarımfinal mərhələsi ilə start götürəcək. İkinci yarımfinal mayın 24-də, final isə mayın 26-da olacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar