SON XƏBƏRLƏR

Qardaş ölkə seçki ərəfəsində

2021.10.20, 07:36
Qardaş ölkə seçki ərəfəsində

Gunaz.tv

GünAz TV: Ekspert seçkilərdən sonra qütbləşmə prosesinə (sürəcinə) yol verməmək üçün lazımi ölçülər götürülməsinin vacibliyini vurğulayır.

Vaşinqtonda yerləşən Brukings institutunun Türkiyə proqramının direktoru Ömər Taşpınar iyun ayının 12-də keçiriləcək seçkilərdə müxalifətin iştirakı və seçkilərdən sonra qütbləşmə prosesinə yol verməmək üçün lazımi ölçülər götürülməsinin vacibliyini vurğulayır. Təhlilçilərin fikrincə, 12 iyun parlament seçkilərində hakim partiyanın qazanacağı səslərdən daha çox müxalifətin qazanacağı səslər və parlamentdə kimin nə qədər yeri təmsil edəcəyi mühümdür. Ömər Taşpınar seçkilərdən gözləntilərə belə izahat verib: “Millətçi Hərəkat Partiyasının parlamentdə yer alması çox önəmlidir. Çünki müxalifətin parlamentdə təmsil edilməsi mühüm əhəmiyyət kəsb edir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səslərin 45 faizini qazanacağı proqnozlaşdırılır. Cümhuriyyət Xalq Partiyasının səslərin 30, MHP-nin 10 faizini qazanması demokratiyanın inkişafı üçün lazımdır”.

Bəs, seçki kvotasına (səhmiyyə, bonyə, kota) yaxın olan MHP-nin kaset skandalı seçkilərin nəticəsinə təsir edə bilərmi? Ömər Taşpınar MHP-nin kürd məsələsinin müzakirə edildiyi bir şəraitdə 10 faizdən artıq səs toplayacağını təxmin edir. Təhlilçi Türkiyədə seçkilərdən sonra gündəmə çıxarılacaq əsas məsələnin yeni konstitusiya (Anayasa) olacağını deyir. Ömər Taşpınarın fikrincə, kürd probleminin həlli yeni konstitusiyaya ehtiyac olduğunu göstərir. Taşpınar seçkilərdən sonra vəziyyəti gərginləşdirə bilən prezident sistemi yaradılması mübahisələrinin təhlükəsindən də danışıb. “Türkiyədə siyasi qütbləşmə nə qədər ciddi ola bilər” sualının cavabında Brukings insitutunun Türkiyə proqramının direktoru deyib ki, qütbləşmə olduğunu qəbul edir, lakin bunun qarşısı alına bilər: «Ədalət və İnkişaf Partiyası seçkilərdən sonra müxalifəti də nəzərdə tutan bir konstitusiya üzərində çalışmalıdır». kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar