SON XƏBƏRLƏR

Yəməndə toqquşmalar davam edir: Bir gündə 43 adam öldürülüb

2021.10.20, 07:36
Yəməndə toqquşmalar davam edir: Bir gündə 43 adam öldürülüb

Gunaz.tv

GünAz TV: Paytaxt Sana şəhəri tayfa birlikləri ilə rejim qüvvələri arasında döyüş meydanına çevrilib.

Son bir sutka (24 saat) ərzində Yəmənin paytaxtı Sanada tayfa qüvvələri ilə prezident Əli Abdullah Salehə sadiq təhlükəsizlik qüvvələri arasında yaşanan qarşıdurmalarda ən azı 43 adamın həlak olduğu bildirilir. Eyni zamanda, Sananın şimalında şiddətli partlayışların baş verdiyi açıqlanıb.

Partlayışların səbəbi qəti olaraq məlum deyil. Bu həftə başlayan qarşıdurmalarla ötən həftənin sonunda elan edilmiş atəşkəs razılaşması qüvvədən düşüb. Hadisənin şahidləri bildiriblər ki, qarşıdurma ilk olaraq bir ordu birliyi ilə prezidentə sadiq Respublika (Cümhuriyyət) Keşikçiləri qvardiyası (ordusu) arasında başlayıb. Əhəmiyyətli dövlət təşkilatlarına hücum etməkdə şübhəli bilinən bir briqada (tip) komandirinin qarnizonuna (padiqanına) Respublika Keşikçiləri tərəfindən artilleriya atəşi açılıb. Qiyamçıların tərəfinə keçən komandirlər bildiriblər ki, həmin briqada komandirinin də qiyamçıların tərəfinə keçəcəyi ehtimal olunduğu üçün onun qarnizonu hədəf seçilib. Adlarının açıqlanmasını istəməyən səhiyyə işçiləri də dünən yaşanan qarşıdurmada ölənlər arasında həm tayfa, həm də təhlükəsizlik qüvvələri üzvlərinin olduğunu bildiriblər. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar