SON XƏBƏRLƏR

Ayətullah Mesbah Yəzdi hakimiyyəti təhdid edən təhlükələrdən söz açıq

2021.10.20, 07:36
Ayətullah Mesbah Yəzdi hakimiyyəti təhdid edən təhlükələrdən söz açıq

Gunaz.tv

GünAz TV: Üləmalar Məclisinin (məclis-I xübrəqan) üzvü, İranın dini lideri ayətullah Əli Xamneyinin yaxın adamı ayətullah Məhəmmədtağı Mesbah Yəzdi jurnalistlərlə görüşündə hakimiyyəti öz içindən təhdid edən təhlükələrdən danışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, ayətullah Mesbah Yəzdi deyib ki, hakimiyyət daxilində yeni mason cərəyanı formalaşmağa, öz nüfuzunu hər yerə genişləndirməyə başlayıb: “İti gözü olanlar gələcək haqqında proqnoz (öngörü) verməli, təhlükələri duymalıdır. Hissim mənə deyir ki, hakimiyyət daxilində və cəmiyyətimizdə yeni bir mason təşkilatı formalaşmağa, öz nüfuzunu hər yerə genişləndirməyə başlayıb. Unutmayaq ki, Məşrutə dövründə də masonlar islami şüarlar və “Quran” ayələri ilə iş başına gəldilər. Onlar bu gün də iş başına gəlmək istəsələr, elə həmin inqilab şüarları adı altında gələcəklər. Onlar öz hədəflərinə çatmaq üçün həmişə  “Qəlib və çərçivəni qoru, məzmunu dəyiş” şüarına önəm verirlər.

Allah eləsin ki, mən səhv etmiş olum. Allah eləsin ki, bu təsəvvürlərin hamısı səhv olsun. Lakin mən yenə də bütün bunlara baxmayaraq sistemi təhdid edən ən böyük təhlükəni hiss edirəm. Bu təhlükə fürsət tapsa islamı, “Vilayəti-fəqih”i (dini rəhbər Əli Xamneyinin mütləqiyyətə söykənən hakimiyyəti və titulu) və islam dəyərlərini biryolluq aradan götürüb məhv edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar