SON XƏBƏRLƏR

Məhkəmə azərbaycanlı fəalların həbsinə dair hökm çıxarıb

2021.10.20, 07:36
Məhkəmə azərbaycanlı fəalların həbsinə dair hökm çıxarıb

Gunaz.tv

GünAz TV: Təbrizin islami inqilab məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı fəalları 6 aydan 1 ilə qədər azadlıqdan məhrum edib.

 

Rza Əbri, Əlihəsən Təhəmtəni, İbrahim Fərəczadə, İbrahim Asimani və Hadi Murtazanın vəkili cənab Nağı Mahmudi olub.

 

Adlarını qeyd etdiyimiz azərbaycanlı fəallar millətçi qrupları təbliğ etmək, sözdə bölücü pantürkist qruplarda üzvlük, etirazçı cəmiyyətlərə üzv olmaq, ölkənin daxili və xarici təhlükəsizliyini pozmağa cəhd göstərmək və ümumi asayişə xələl gətirməkdə ittiham olunublar.

 

Xatırladaq ki, sözü gedən azərbaycanlı fəallar 2009-cu il dekabr ayının 29-ü (1388-ci il dey ayının 8-i) tanınmış milli-mədəni fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində daha 22 nəfərlə birlikdə tutuqlanmışdılar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar