SON XƏBƏRLƏR

İslam Cümhuriyyətinin prezidenti: "İran və Ermənistan xalqları bir-birindən ayrı düşə bilməzlər"

2021.10.20, 07:36
İslam Cümhuriyyətinin prezidenti: "İran və Ermənistan xalqları bir-birindən ayrı düşə bilməzlər"

Gunaz.tv

GünAz TV: "İran və Ermənistan xalqları bir-birindən ayrı düşə bilməzlər". İran prezidenti Mahmud Əhmədinejad bunu Tehranda səfərdə olan Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyanla görüşündə deyib.

"Fars" xəbər agentliyinin (ajansının) məlumatina görə, Mahmud Əhmədinejad İranla Ermənistan arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə çağırıb.

İyunun 6-da başlayacaq Ermənistan səfərinə toxunan İran prezidenti bildirib ki, danışıqlar zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsinə xidmət edən qərarlar qəbul olunacaq.

İrna agentliyinin məlumatına görə isə Əhmədinejad deyib ki, region (bölgə) ölkələri öz problemlərini qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər. O bəyan edib ki, İran və Ermənistan tarixi və mədəni əlaqələrə malikdir, onlaırn xalqları isə çox yaxındır. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar