SON XƏBƏRLƏR

İranda daha 4 nəfər edam olunub

2021.10.20, 07:36
İranda daha 4 nəfər edam olunub

Gunaz.tv

GünAz TV: Bu gün səhər İranın Kirman əyalətinin mərkəzi həbsxanasında 4 nəfər edam olunub.

Məlumata görə, Kirman əyaləti prokurorluğundan (dadistanlığından)  bildirilib ki, həmin şəxslər narkotik (müxəddir maddələr) alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.

Beynəlxalq KİV-in (Kütləvi İnformasiya Vasitələrinin) məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 154 nəfərdən çox şəxs edam olunub. Narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə isə 90 nəfərdən çox şəxs edam olunub.

BMT (Birləşmiş Millətlər Təşkilatı) və “Amnesty International” dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan (amardan) daha çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar