SON XƏBƏRLƏR

İran parlamenti Mahmud Əhmədinejadın işini məhkəməyə verib

2021.10.20, 07:36
İran parlamenti Mahmud Əhmədinejadın işini məhkəməyə verib

Gunaz.tv

GünAz TV: İranın İslam Şura Məclisi (parlament) Neft Nazirliyinin rəhbərliyini öz üzərinə götürdüyü üçün Prezident Mahmud Əhmədinejadın işini məhkəməyə verib.

MEHR agentliyinin (ajansının) yaydığı məlumata görə, Parlamentin 165 depitatı (millət vəkili) işin məhkəməyə verilməsinin lehinə, 1-i əleyhinə səs verib, 13 nəfər bitərəf qalıb. Bundan əvvəl parlament və Keşikçilər Şurası (şuraye-i nigəhban) Əhmədinejada eyni vaxtda həm nazir, həm də ölkə prezidenti vəzifələrinin yerinə yetirlməsinin yolverilməzliyini bildiriblər.

Mayın ortalarında Əhmədinejad neft naziri vəzifəsini icra edən Seyid Məsud Mirkazimini və daha iki naziri öz vəzifəsindən azad edib. Nazirlərin sayının azaldılması bu il başlayan beşillik inkişaf proqramına daxil edilən İran nazirlərinin sayının 21-dən 17-yə azaldılması üzrə plan çərçivəsində həyata keçirilir.

Nazirlər Kabinetinin qərarına əsasən, 8 nazirlik strukturu (yapısı, saxtarı) 4 yeni nazirlikdə birləşdirilib. Onların arsında Neft və Energetika nazirlikləri var. Mayın 16-da Əhmədinejad ölkənin yenidən yaradılan Neft Nazirliyinə başçılıq etmək niyyətini bəyan edib.

Mayın 20-də İranın Keşikçilər Şurası Əhmədinejadın öz-özünü neft naziri vəzifəsinə təyin etməsinin konstitusiyaya (Anayasaya) zidd olduğunu bildirib. İran Konstitusiyasının 141-ci maddəsinə əsasən, rəhbər vəzifə tutan şəxs eyni vaxtda digər idarənin rəhbəri vəzifəsini tuta bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar