SON XƏBƏRLƏR

Mahmud Əhmədinejaddan Əli Xamneyiyə qadağa

2021.10.20, 07:36
Mahmud Əhmədinejaddan Əli Xamneyiyə qadağa

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad ölkənin ali dini lideri Ayətullah Əli Xamneyi və tərəfdaşlarının Qum şəhərinə səfəri üçün dövlət büdcəsindən ayrılacaq 390 milyon dollara blok qoydurub.

 

Dini liderə yaxın çevrələr prezidentin bu addımını “qəsb” kimi xarakterizə ediblər. Prezidentin mətbuat xidmətindən isə bildirilib ki, Qum şəhərinə məsafənin qısa olduğunu nəzərə alaraq, hansı səbəbdən bu qədər çox pula ehtiyac duyulduğunu Xamneyidən soruşmaq məqsədilə blok qoyulub. Bu barədə “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

Qeyd edək ki, dini liderlə prezident arasında gərginlik aprel ayında kəşfiyyat nazirinin istefası ilə başlayıb. Belə ki, nazirin istefasını Əhmədinejad qəbul etdiyi halda, Xamneyi nazirin vəzifəsində qalmasını istəmişdi. Dini lider bazar günü dövlət televiziyasına verdiyi açıqlamada isə Əhmədinejadla aralarında gərginlik olmadığını söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar