SON XƏBƏRLƏR

Təbrizdə peyk antenalarını yığan polis məmurları ilə əhali arasında qarşıdurma olub

2021.10.20, 07:36
Təbrizdə peyk antenalarını yığan polis məmurları ilə əhali arasında qarşıdurma olub

Gunaz.tv

GünAz TV: Polis məmurları Təbrizdə geniş miqyasda peyk antenalarını toplamağa başlayıb. Əhali isə polisin bu əməlindən qəzəblənib.

 

GünAz TV mətbuat mərkəzinin “tək turan”-a istinadən yaydığı məlumata görə, Polis mmurları 2011-ci il may ayının 30-ü (xordadın 9-ü) Təbrizin “Xanəsazi” məntəqəsində peyk antenaları yığmaq üçün hərəkətə keçiblər.

 

Polislərin xəbərsiz olaraq evlərin ütünə çıxıb və peyk antenalarını toplaması əhalinin qəzəbinə səbəb olub. məlumata görə, əhali ilə polis qüvvələri arasında qarşıdurma olub.

 

Mənbə məlumat verir ki, yaxın zamanda xəbərin təfərrüatı (cüziyyatı) yayılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar