SON XƏBƏRLƏR

Soçidə Türk qatili Andranikin heykəli götürüldü

2021.10.20, 07:36
Soçidə Türk qatili Andranikin heykəli götürüldü

Gunaz.tv

GünAz TV: Rusiyanın Qara dəniz sahilindəki kurort (çox gedişli-gəlişli) şəhəri Soçidə Anadoluda qətliam törədən erməni general Andranik Ozanyanın heykəli götürülüb.

 

 Ozanyan Birinci Dünya Müharibəsi illərində Türkiyə torpaqlarında üsyan başladaraq minlərlə mülki vətəndaşı qətlə yetirib.

 

 Soçinin Volkonka kəndində keçən il erməni icmasının iştirakıyla qoyulan abidə Rusiya Ermənilər Birliyi yerli təşkilatının rəhbəri Qraç Makeyanın təşəbbüsüylə götürülüb.

 

 Erməni mətbuatının yazdığına görə, Soçi rəhbərliyi Türkiyə və Azərbaycan rəsmilərinə daha öncə verdiyi vədi yerinə yetirərək abidənin sökülməsini tələb edib.  Rusiyada yayımlana  "Erkramas" qəzeti  Kremlin təzyiqi altında qalan Rusiya Ermənilər Birliyi Mərkəzi rəhbərliyi də abidənin götürülməsi üçün təzyiq edib"  deyə yazıb. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar