SON XƏBƏRLƏR

Türkiyə tarixində ilk dəfə baş verdi: Fəaliyyətdə olan ordu generalı həbs olunub

2021.10.20, 07:36
Türkiyə tarixində ilk dəfə baş verdi: Fəaliyyətdə olan ordu generalı həbs olunub

Gunaz.tv

GünAz TV: Qardaş ölkə Türkiyənin tarixində ilk dəfə olaraq fəaliyyətdə olan ordu generalı həbs olunub.

 

“Balyoz” dövlət çevrilişi planı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə istintaqı Türkiyə Silahlı Qüvvələri Hərbi Akademiyasının komandanı, ordu generalı Bilgin Balanlının həbsinə qərar verib. Bu barədə SİA “Net.Haber” qəzetinə istinadən xəbər yayıb.

 

Dünən general Balanlı “Balyoz” işi üzrə ifadə vermək üçün növbəti dəfə prokurorluğa (dadistanlığa) çağırılıb.

Məlum olub ki, istintaqın tələbi ilə İstanbulun Ağır Cinayətlər üzrə 14-cü Məhkəməsi generalın həbsinə qərar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar