SON XƏBƏRLƏR

Üçrəngli bayrağımız Malmödə dalğalanıb

2021.10.20, 07:36
Üçrəngli bayrağımız Malmödə dalğalanıb

Gunaz.tv

GünAz TV: İsveçin cənubunda yerləşən Skane inzibati dairəsində fəaliyyət göstərən Vahid Azərbaycan Dərnəyinin təşəbbüsü ilə 28 May – Cümhuriyyət Günü bu ölkədə təntənə ilə qeyd edilib.

AzərTac xəbər verir ki, tədbir Malmö şəhərinin Xalq Əyləncə Parkında (Folkets Park) keçirilib.

 

Mərasimdə qonaqlara Azərbaycan və İsveç dillərində 28 May - Respublika (Cümhuriyyət) Günü, Azərbaycanın tarixi, iqtisadi və sosial inkişafı, qazandığı uğurlar, habelə “Eurovision-2011” mahnı müsabiqəsində ölkəmizin qələbəsi haqqında geniş məlumat verilib.

 

Tədbirdə Azərbaycan milli mədəniyyətini təbliğ edən rəsmlər, əl işləri ilə yanaşı, ölkəmizlə bağlı müxtəlif  kitablar, həmçinin audio və video materiallar da nümayiş etdirilib.

 

Sərgini böyük maraq və diqqətlə izləyən qonaqlar Azərbaycan mədəniyyətinə heyran qaldıqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar