SON XƏBƏRLƏR

Tehran işğalçı ölkəyə verdiyi enerjinin həcmini 3 dəfə artırır

2021.10.20, 07:36
Tehran işğalçı ölkəyə verdiyi enerjinin həcmini 3 dəfə artırır

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejadın iyunun (June) 6-da İrəvana gözlənilən və 3 gün davam edəcək səfəri öncəsi Tehranda iki ölkə hökumətlərarası şuranın iclası keçirilib.

FARS agentliyinin (ajansının) yaydığı xəbərə əsasən, həmin tədbirdə İranın Ermənistana verdiyi elektrik ernerjisinin həcminin 3 dəfə artırılması barədə razılıq imzalanıb. Bundan əlavə, yanacaq enerjisi, ekologiya, rabitə və nəqliyyat, kənd təsərrüfatı, şəhərsalma, mədəniyyət, idman və sair sahələrdə də vacib razılıqlar əldə edilib.

Xəbər agentliyinin xüsusi olaraq üzərində durduğu elektrik enerjisi ticarətinə dair xəbərin açıqlamasında deyilir ki, İran tərəfi hazırda Ermənistana neft məhsulları satmaqla yanaşı, həm də bu ölkədə neft emal edən zavod (karxanə) tikir. Bundan əlavə, Mehri Su Elektrik Stansiyasının (SES) tikintisi də daxil olmaqla çox sayda layihələr həyata keçirilir. "Ermənistanla İran arasında 800-900 MW tutumlu 3-cü enerji nəql edən xətt 2 həftə ərzində istifadəyə veriləcək və bununla da Erəmnistan ehtiyaclarının bir hissəsini ödəmək imkanı qazanacaq. "Tehran Times"ın verdiyi xəbərə görə, həmin layihənin maddi dəyəri 110 milyon dollar qiymətləndirilir. Hökumətlərarası iclasda həmin məbləğin Kim tərəfindən ödənilməsi məsələsi müəyyən olunacaq. Amma hamının gözlədiyi kimi, güman ki, bu işi İran tərəfi öz öhdəsinə götürəcək". Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar