SON XƏBƏRLƏR

Suriya qanlı vətəndaş müharibəsi astanasında

2021.10.20, 07:36
Suriya qanlı vətəndaş müharibəsi astanasında

Gunaz.tv

GünAz TV: Suriyada vətəndaş müharibəsi başlayır. Talbis və Rastana şəhərlərində ordu bölmələri mühasirəyə alınıb, zirehli texnika vurulub.

 

Lent.az-ın “Associated Press” agentliyinə (ajansına) istinadən verdiyi məlumata görə, Hums əyalətinin sakinləri avtomat (otumatik) və qumbaraatanlardan istifadə edərək orduya qarşı silahlı müqavimət göstəriblər.

 

Bu, Suriyada hökumət əleyhinə aksiyaların başlandığı 2 ay ərzində ilk belə haldır. İndiyə qədər aksiyalara silahsız şəxslər qatılıb. Hums əyalətinin fəal sakinləri isə artıq aksiyaları zorakılıqla yatırmağa çalışan hökumət qüvvələrinə qarşı silahdan istifadə etməyə qərar veriblər. Talbis və Rastana şəhərlərində şəhərdə ordu hissələri mühasirəyə alınıb, hərbçilərin olduğu avtomobillər və zirehli texnika yandırılıb. Ordu bölmələri hələ də bu şəhərlərdən çıxa bilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar