SON XƏBƏRLƏR

Siyamək Kuşinin azad edilməsi ilə bağlı çoxlu Bildiri yayılıb

2021.10.20, 07:36
Siyamək Kuşinin azad edilməsi ilə bağlı çoxlu Bildiri yayılıb

Gunaz.tv

GünAz TV: Təbriz azad universitetində Siyamək Kuşinin  azad edilməsi ilə bağlı çoxlu Bildiri və trakt yayılıb.

 

“Sinif yoldaşımızı (həmkilasımızı) azad edin” adlı traktlarda Təbriz azad universitetinin öyrənciləri öz sinif yoldaşlarının azadlığını tələb ediblər.

 

Öyrəncilər yaydıqları Bildirilərdə Təbriz azad universitetinin öyrəncisi cənab Siyamək Kuşinin tutuqlanmasını şiddətlə qınayıb və onun azadlığını istəyiblər. Öyrəncilər universitet mühitinin təhlükəsizlik bir mühitə çevrildiyini və gündən-günə bəsiclərin (hökumət tərəfdarları - yarımsılahlı dəstələr) bu təhsil ocağında sayılarının artığını bildiriblər.

 

Öyrəncilər vurğulayıblar ki, kimsə düşünməsin ki, bu təzyiqlər bizim müqavimətimizi sındırıb və tələblərimizi dayandıra bilər. Biz tam tərsinə olaraq bütün təzyiqlərə rəğmən öz haq səsimizi daha da gur səslə dünyaya duyuracayıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar