SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus Məhəmmədrza Hadi ağır vəziyyətdə saxlanılır

2021.10.20, 07:36
Azərbaycanlı məhbus Məhəmmədrza Hadi ağır vəziyyətdə saxlanılır

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmmədrza Hadi işgəncələr nəticəsində öz səhhətini itirib. Onun xəstəxanaya köçürülməsinə icazə verilmir.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal keçən il yay fəslində (şəhrivər ayında) casusluq və sistemin əleyhinə təbliğ ittihamı ilə tutuqlanıb. O ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 5 ay müddətinə işgəncə edilib və bu səbəbdən 3 qabırğa, bir diş və sağ əlinin bir barmağı sınıb və sol ayağının barmaqları bihiss olub.

 

Bu işgəncələrə rəğmən cənab Hadi məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib. O zindana düşdünkən sonra 6 dəfə xəstəxanada müalicə olmaq üçün səlahiyyətli məsullara müraciət edib. Ancaq onun müraciəti qəbul edilməyib və o üzdən azərbaycanlı məhbus hazırda ağır vəziyyətdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar