SON XƏBƏRLƏR

Urmulu aşıq Qurban İsveçdə konsert verib

2021.10.20, 07:36
Urmulu aşıq Qurban İsveçdə konsert verib

Gunaz.tv

GünAz TV: “Azər cəmiyyəti”-nin təşkilatçılığı ilə Güney Azərbaycanın Urmu şəhərindən dəvət olunan Aşıq Qurban İsveçin Lund şəhərində konsert verib.

 

Bu haqda Günaz TV mətbuat mərkəzinə “Azər cəmiyyəti”-nin sədri Doktor Manaf Səbəbi bildirib. Konsert "28 May" Cümhuriyyət günü münasibəti ilə həyata keçirilib.

 

“Aşıq Qurbanın ifası maraqla qarşılandı və Urmu gölünün quruması dərdi aşıqın ifasında musiqi ilə çatdırıldı”- deyə Manaf Səbəbi qeyd etdi.

 

Cənab M.Səbəbi vurğulayıb ki, Bundan sonra da Azərbaycan mədəniyyətinin Avropaya tanıdılması yolunda, belə tədbirlər davamlı keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar