SON XƏBƏRLƏR

İran halal İnternet yaradaq!

2021.10.20, 07:36
İran halal İnternet yaradaq!

Gunaz.tv

GünAz TV: İran ölkəyə xüsusi internet şəbəkəsi üçün işləri sürətləndirib. Bu barədə "Uoll Strit Jurnal" qəzeti yazıb. Qəzetin xəbərinə görə, İranda internet saytları nəhəng filtrdən keçiriləcək.

İnternetə sərt senzura (sansur) tətbiq edən İran rejimi ölkəni dünyanın yerdə qalanından ayıracaq bu internet filtri tətbiq edərək, dini dəyərlərin qorunmasını təmin edəcəyini, halal internet yaradacağını söyləyir. Bu layihə ilə internetin idarəedilməsi tamamilə inhisara alınacaq. 2009 seçkilərinə etiraz edən müxalifətə qarşı sərt müdaxilələri internet sayəsində dünyaya duyurması İran rejimini vadar edib ki, bu xəbərötürmə resursunu (mənbəsini) nəzarətə götürsün.

Qeyd olunur ki, İran 1990-cı illərdə Orta Şərqdə internetdən istifadə etməyə başlayan ilk müsəlman ölkə olub. Bölgədə isə İsrailin ardından ikinci idi. Bu gün 100 adamdan 11-nin internetdən istifadə etdiyi ölkədə 15 mindən çox sayt qadağan edilib. Sırf İrana xas olmalı olan internet növü düşüncəsi isə 2005-ci ildə Mahmud Əhmədinecadın prezident seçilməsi ilə gündəmə gəlib. 2008-ci ildə infrastruktur (altyapı) işləri üçün 1 milyard dollar büdcə ayrılıb. Özləri üçün milli internet düzəltmək istəyən ölkələr arasında Myanma, Küba və Şimali Koreya var. Bu ölkələr ən qatı diktatura ölkələridir. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar