SON XƏBƏRLƏR

Kanadanın bir neçə şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

2021.10.20, 07:36
Kanadanın bir neçə şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: “28 May – Cümhuriyyət Günü” münasibətilə Kanadanın ən böyük şəhəri olan Torontoda Azərbaycan dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

 

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, qeyd olunan tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının (qurumunun) təşəbbüsü ilə keçirilib.

 

 Mərasimi giriş sözləri ilə açan assosiasiyanın fəalı İsgəndər Qədirzadə Azərbaycan Demokratik Respublikasının (Cümhuriyyətinin) tarixi barədə bəhs edib. Daha sonra tədbirdə iştirak edən Ontario əyalətinin millət vəkili Monte Kvinter (Monte Kwinter) 28 mayın Azərbaycan və region (bölgə) üçün əhəmiyyətini vurğulayıb.

 

 Tədbirdə iştirak edən Azərbaycan Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan icmasının Kanadadakı səmərəli fəaliyyətinə toxunub.

 

 Nitqlərdən sonra Azərbaycan Respublikasının dövlət himninin ifasında bayraq qaldırma mərasimi keçirilib.

 

 Tədbirdə Torontoda yaşayan Azərbaycan və türk icmasının fəalları da iştirak ediblər.

 

 Qeyd edək ki, Kanadanın Kalqari və Vankuver şəhərlərində də 28 May – Respublika Günü” münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar