SON XƏBƏRLƏR

Nyu-Yorkda növbəti Türk Yürüşü keçirilib

2021.10.20, 07:36
Nyu-Yorkda növbəti Türk Yürüşü keçirilib

Gunaz.tv

GünAz TV: Mayın 28-də Nyu-York şəhərində 29-cu Türk yürüşü keçirilib. Türk nümayişi Amerikada yaşayan türk xalqlarının ən böyük tədbiri hesab edilir.

Ənənəvi tədbir Amerikadakı türk assosiasiyaları (qurumları) federasiyası tərəfindən təşkil edilmişdir. Hər il keçirilən nümayiş nyu-yorklular tərəfindən böyük maraqla qarşılanır. Türk nümayişi Amerikada yaşayan türk xalqlarının ən böyük tədbiri hesab edilir.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Bu il Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycana həsr edilmiş səyyar sərgi Azərbaycan bayraqları və Azərbaycanın Eurovision müsabiqəsində qələbəsini əks etdirən plakatlarla bəzədilmişdi. Sərgi Eurovision müsabiqəsində Eldar və Nigarın ifasında "Running Scared" mahnısının sədaları altında Nyu-Yorkun küçələri ilə hərəkət etdirilərək nümayiş etdirilib. Həm sərgi, həm də mahnı izləyicilər tərəfindən maraqla qarşılanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar