SON XƏBƏRLƏR

Ozan Araz Elsəs Bakıda konsert verdi

2021.10.20, 07:36
Ozan Araz Elsəs Bakıda konsert verdi

Gunaz.tv

GünAz TV: Avropada yaşayan məşhur azərbaycanlı ozan Araz Elsəs mayın 29-da (xordadın 8-də) Bakıda konsert verib. Konsert böyük coşqu və tamaşaçı alqışları ilə keçib.

Azar Elsəs konsertini Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93 illiyinə həsr edib.

Araz Elsəsin Vətən, yurd həsrətli, Bütöv Azərbaycan ideyalı mahnıları zalda böyük coşqu ilə qarşılanıb.

Güney Azərbaycan həsrətindən danışan Araz Elsəs “Güney Azərbaycan da, Qarabağ da hamımızın dərdidir” deyib. O bildirib ki, Bakıda onu sevənlərlə görüşməkdən məmnunudur.

A. Elsəs konsertini “Qarabağ” və “Çırpınırdı Qara dəniz” mahnıları ilə yekunlaşdırıb.

Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanda Urmu gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Azərbaycana köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildə isə İsveçə köçüb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar