SON XƏBƏRLƏR

2 aprel (13 fərvərdin) Etiraz Yığıncağında tutuqlanan soydaşlarımız yenidən mühakimə olunublar

2021.10.20, 07:36
2 aprel (13 fərvərdin) Etiraz Yığıncağında tutuqlanan soydaşlarımız yenidən mühakimə olunublar

Gunaz.tv

GünAz TV: 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Urmu Gölü ilə bağlı keçirilən Etiraz Yığıncağında tutuqlanan soydaşlarımız yenidən mühakimə olunublar.

 

Həbib Purvəli, Cəlil Ələmdar Milani, Əli Səlimi, Höccət Muxtarzadə və Səid Siyami ikinci dəfə ümumi asayişi puzmaqda ittiham edilərək, Təbriz Məhkəməsində mühakimə ediliblər.

 

Adını çəkdiyimiz soydaşlarımız birinci dəfə 2011-ci il aprel ayının 26-da (1390-cı il ordibeheşt ayının 6-da) milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham edilərək 6 ay müddətinə həbs cəzasına məhkum edilmişdilər.

 

Xatırladaq ki, Yuxarıda adlarını qeyd etdiyimiz soydaşlarımızın vəkili cənab Musa Bərzin Xəlifəli, “Radio fərda”-ya verdiyi müsahibədə öz müvəkkillərinə qarşı psuxoloji təzyiqlərin həyata keçirildiyini bildiribdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar