SON XƏBƏRLƏR

Azərbaycanda "Hər evə bir bayraq" aksiyası başlayır

2021.10.20, 07:36
Azərbaycanda "Hər evə bir bayraq" aksiyası başlayır

Gunaz.tv

GünAz TV: Azərbaycanda qeyri adi aksiya başlayır. "Hər evə bir bayraq" aksiyası 1 il davam edəcək.

 

“Hər evə bir bayraq" adlı aksiya Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbayacan Respublikası (Cümhuriyyəti) Gənclər və İdman Nazirliyi, eləcə də Bayraq İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

 

Cəmiyyətin həmsədri Rəşxan Qaraşlının ANS PRESS-ə verdiyi məlumata görə, aksiya "28 May"dan başlayacaq və bir il ərzində davam edəcək. Gələn ilin may ayının 28-nə kimi 100 min bayrağın evlərə paylanılmasını nəzərdə tutulub. Aksiyanın məqsədi milli birlik günlərində hər kəsin pəncərə və eyvanlarına bayrağımızın asılmasını təmin etməkdir.

 

 Qeyd edək ki, ölkəyə 5 dəfə və hər dəfə 20 min bayraq gətiriləcək. Toplam 100 min bayraq ev-ev paylanılacaq. Aksiya Fəvvarələr Meydanında start götürəcək. Bayraqlar 50x75 sm ölçüsündə olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar