SON XƏBƏRLƏR

G8 (Böyük Səkkizlik) Liderləri İran hakimiyyətini insan haqlarına əməl etməyə çağırıb

2021.10.20, 07:36
G8 (Böyük Səkkizlik) Liderləri İran hakimiyyətini insan haqlarına əməl etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Dünyanın səkkiz aparıcı ölkəsinin (G8) liderləri İranda insan haqlarının pozulmasına görə narahatlıq ifadə edirlər.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, mayın 27-də Fransanın Dovil şəhərində G8 liderlərinin qəbul etdikləri bəyannamədə belə deyilir.

 

 Bəyannamədə İranda demokratik hüquqların əzilməsinin narahatlıq doğurduğu vurğulanır: “Biz eyni zamanda ölkədə insan qurbanlarına gətirib çıxaran zorakılığa görə təəssüf edirik".

 

 G8 liderləri İran hakimiyyətini öz əhalisinə qarşı repressiyaları (sərkubları) dayandırmağa və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmət etməyə, həmçinin müxalifət liderlərinin azadlıq hərəkatına qoyulan məhdudiyyəti aradan qaldırmağa çağırıb: “İran bölgədə konstruktiv və cavabdeh rolu oynamalıdır”.

 

 G8-ə ABŞ (Amerika Birləşmiş Ştatları), Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya və Yaponiya daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar