SON XƏBƏRLƏR

Rusiya prezidenti Müəmmər Qəddafini hakimiyyətdən getməyə çağırıb

2021.10.20, 07:36
Rusiya prezidenti Müəmmər Qəddafini hakimiyyətdən getməyə çağırıb

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Dmitri Medvedev bəyan edib ki, Müəmmər Qəddafi legitimliyini (məşruiyyətini, qanuniliyini) itirib və hakimiyyətdən getməlidir.

 

Prezident Medvedev, Qəddafi ölkəsini tərk edərsə, Rusiyanın ona sığınacaq verməyəcəyini də vurğulayıb. Bu barədə APA “İnterfax”a istinadən xəbər yayıb.

 

 D.Medvedev Rusiyanın öz maraqlarını müdafiə edə biləcək bütöv, azad, suveren və fəal Liviyanın (Libinin) mövcudluğuna tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Liviya böhranının tənzimlənməsində vasitəçi olmağa razılıq verib: “Rusiyanın Afrika ürə xüsusi nümayəndəsi Mixail Marqelov dərhal Benqaziyə uçacaq, həm üsyançıların nümayəndələri, həm də Tripoli (Trablos) rəsmiləri ilə danışıqlar aparacaq”.

 

 Qeyd edək ki, Rusiya Liviya üsyançılarının Milli Keçid Şurasının legitimliyini tanıyıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar